Yapon texnologiya şirkəti olan Sony, 2004-cü ilin Dekabr ayında bazara çıxardığı video oyun “PlayStation Portable”ın (PSP) satışlarına son verir. Şirkət, 10 ildə 76 milyon PSM satmışdı. Şimali Amerikaya Yanvar ayından bu yana PSP cihazı göndərməyən Sony, il sonuna qədər Avropaya da məhsul göndərməyə son verəcəyini bildirdi.
Şirkət, Yaponiyadakı PSP sahiblərinə Playstation Vita adlı 3G Wi-Fi Oyun Konsoluna və yükləmək istədikləri oyunlarda endirim təklif etdi. Ancaq digər ölkələr üçün necə bir strategiya izləyəcəyini açıqlamadı.